ABŞ ordusunun rəhbərliyi süni intellekti (AI) hava əməliyyatlarının idarə edilməsi sistemlərinə tətbiq etmək istəyir.
HİT.az xəbər verir ki, bunu "Defense One"ın baş redaktoru Nik Ueykman yazıb.
ABŞ ordusunun məlumat sorğusunda bildirilir ki, süni intellekt və maşın öyrənməsi insanlara dronların yayılması ilə ayaqlaşmağa kömək edə bilər:
"Ordu real vaxt rejimində çoxsaylı mənbələrdən məlumatları təhlil etməyə, hava məkanından istifadə nümunələrini proqnozlaşdırmağa və missiyanın təhlükəsizliyini, səmərəliliyini və effektivliyini artırmaq üçün qabaqlayıcı tədbirlər tövsiyə etməyə çalışır"..
Qeyd olunur ki, ABŞ ordusu real vaxt rejimində bir çox mənbədən döyüş meydanındakı situasiya analizini ala bilmək istəyir. Süni intellekt elektron müharibəyə (EW) davamlılığı artırmağa, həmçinin dronların istifadəsini inteqrasiya etməyə və hava məkanına avtonom platformalar təqdim etməyə kömək edə bilər.
Samir