"Apple" 4 ildə ABŞ-a 600 milyard dollar investisiya qoyacaq

TEXNO
12:05 / 07.08.2025
47

Texnologiya nəhəngi "Apple" ABŞ-da investisiya öhdəliyini əhəmiyyətli dərəcədə artıraraq, ölkədəki ümumi xərclərini qarşıdakı dörd il ərzində 600 milyard dollara çatdıracağını bəyan edib.

HİT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Apple"ın növbəti dörd il ərzində ABŞ-a 600 milyard dollarlıq investisiya yatıracağını bildirərək deyib: 

"Bu, ilkin mərhələdə nəzərdə tutduqları məbləğdən 100 milyard dollar çoxdur. Bu, "Apple"ın ABŞ-da və ya dünyanın başqa heç bir yerində indiyə qədər etdiyi ən böyük investisiyadır".

Tramp həmçinin "Apple"ın daha əvvəl başqa ölkələrə də sərmayələr qoyduğunu xatırladaraq bildirib:

"Hansı ölkələr olduğunu deməyəcəyəm, amma bir neçəsi var idi. Və indi geri qayıdırlar. 600 milyard dollar. Bu, ən böyük sərmayədir".

Məlumata görə, bu investisiyalar çərçivəsində qarşıdakı dörd il ərzində "Apple"ın ABŞ-da 20 min nəfərlik yeni iş yeri yaratması planlaşdırılır. Yeni iş yerlərinin böyük hissəsinin elmi-tədqiqat və inkişaf, silikon mühəndisliyi, proqram təminatının hazırlanması, süni intellekt və maşın öyrənməsi sahələrini əhatə edəcəyi gözlənilir.

Samir

0