Uşaqlar üçün elektron cihazlara alternativ: Süni intellektlə təchiz olunmuş tüklü oyuncaqlar

TEXNO
20:20 / 19.08.2025
49

Uşaq məhsulları bazarında yeni tendensiya formalaşır - süni intellekt əsaslı tüklü oyuncaqlar. Şirkətlər onları uşaqlar üçün elektron cihazlara alternativ və ekran qarşısında keçirilən vaxtı azaltma yolu kimi təqdim edir.

HİT.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Xüsusilə "Curio" şirkətinin "Grem", "Grok" və "Gabbo" modelləri populyardır. Xarici görünüşcə adi tüklü oyuncaqlara bənzəsələr də, içərisində mikrofonlar, dinamiklər və Şİ əsaslı işləyən söhbət botu quraşdırılıb. Onlar uşağın səsinə reaksiya verir, söhbətə qoşulur və suallara cavab verir.

Lakin belə uşaq yoldaşları mübahisələrə səbəb olur. "New York Times" jurnalisti "Grem"i sınaqdan keçirdi və onun ənənəvi oyunları tamamlayan deyil, daha çox valideynlərin yerini tutan bir şey olduğunu vurğulayıb: "Başa düşdüm ki, bu, cansız tüklü ayıcığın təkmilləşdirilməsindən çox, məni əvəz edən bir şeydir".

Onun sözlərinə görə, uşaq özü sualların cavabını axtarmaq və ya böyüklərə müraciət etmək əvəzinə, Al-a sual verməyə və ondan cavab almağa alışa bilər.

"Curio" isə yeni oyuncaqların təhlükəsiz olduğunu təsdiqləyir: söhbətləri qeyd etmir və məlumatları lokal şəkildə emal edir. Lakin etibar məsələsi açıq qalır – bəzi valideynlər yeniliyi irəliləyiş kimi qəbul edir, digərləri isə uşağın inkişafı üçün potensial təhdid görür.

Əvvəllər, "Meta" şirkətinin süni intellektli söhbət botlarının uşaqlarla flirt etdiyi və saxta xəbərlər yaydığı məlum olmuşdu. Şirkət bunun doğruluğunu təsdiqlədi və qaydaların yenidən nəzərdən keçiriləcəyini bildirib.

Samir

0