Mavi, qara və ya sarı: USB girişlərindəki rənglər nəyi bildirir?

TEXNO
21:36 / 26.08.2025
44

Komputerlərdəki USB birləşmə nöqtələri çox vaxt aralarındakı fərq bilinmədən istifadə olunur. Lakin diqqətli baxanlar bu girişlərin bəzən mavi, qara, sarı və ya qırmızı kimi müxtəlif rənglərdə olduğunu görə bilər. 

HİT.az xəbər verir ki, estetik bir seçim kimi görünsə də, bu rənglər əslində əhəmiyyətli texniki fərqlərə işarə edir. Xüsusilə USB Type-A portlarında istifadə olunan bu rəng kodları, əlaqənin hansı nəsil USB standartını dəstəklədiyini və təqdim etdiyi sürətləri başa düşmək üçün ipucu verir.

Hər bir rəng bir standartı təmsil edir. Ən geniş yayılmışı mavi rəngli USB portlardır. Bu rəng, həmin girişin USB 3.0 texnologiyasına malik olduğunu və saniyədə 5 qiqabitə qədər məlumat ötürmə sürəti təmin edə bildiyini göstərir. Qara rəngli portlar isə daha köhnə olan USB 2.0 standartını göstərir və adətən 480 meqabit/san sürətlə işləyir. Əgər cihazınızda ağ rəngli bir USB girişi varsa, bu, çox güman ki, USB 1.x standartına aiddir; bu əlaqə isə ancaq 12 meqabit/san kimi olduqca aşağı bir sürət təklif edə bilər.

Bəzi cihazlarda daha az rastlanan rənglər də ola bilər. Məsələn, qırmızı portlar USB 3.1 Gen 2 və ya USB 3.2 standartını təmsil edir və 10 ilə 20 qiqabit/san arası sürətlərə çata bilir. Bu cür əlaqələr, yüksək sürətli məlumat ötürməsi tələb edən xarici disklər və ya peşəkar avadanlıqlar üçün faydalı ola bilər.

Sarı rəngli USB girişlərinin funksiyası isə bir az daha fərqlidir. Bu portlar adətən "həmişəaktiv enerji təchizatı" (Always-On Charging) xüsusiyyətinə malikdir. Yəni, komputer söndürülmüş və ya yuxu rejimində olanda belə, qoşulu cihazlara enerji verməyə davam edir. Bu xüsusiyyət, telefon və ya qulaqlıq kimi daşınabilir cihazları komputeri açmadan doldurmaq istəyən istifadəçilər üçün olduqca praktik bir üstünlük təmin edir. Oxşar funksiyanı yerinə yetirən narıncı rəngli USB portları da mövcuddur, lakin bu rəngə istehlakçı səviyyəli komputerlərdə daha nadir rast gəlinir.

Digər tərəfdən, bu rəng kodlaşdırmasının universal (evrensel) bir standart olmadığını unutmamaq lazımdır. USB-IF (USB İcraçılar Forumu) tərəfindən müəyyən edilmiş bəzi ümumi qaydalar olsa da, istehsalçıların bu rəngləri istifadə etmə məcburiyyəti yoxdur. Yenə də bir çox marka bu rəngləri mənimsəyərək istifadəçilərin port xüsusiyyətlərini daha asaylıqla fərqləndirə bilməsini təmin edir.

Xüsusilə birdən çox USB birləşmə nöqtəsinə malik cihazlar və ya çoxlayıcılar (hub) istifadə edirsinizsə, hansı girişin nə təklif etdiyini bilmək vacibdir. Rəngləri nəzərə alaraq daha sürətli məlumat ötürməsi təmin edə bilər və ya cihazlarınızı düzgün portlar vasitəsilə daha səmərəli şəkildə doldura bilərsiniz.

Samir
 

0