Stanford Universitetindən tədqiqatçılar istifadəçilərin "daxili danışıqlarını" deşifrə edib sözlərə çevirə bilən bir beyin-kompüter interfeysi (BKI) hazırlayıblar.
HİT.az xəbər verir ki, cihaz dörd iflic xəstəsinin ünsiyyət qurmasını uğurla təmin edib. Bu inkişaf bu sahədə əhəmiyyətli bir irəliləyişdir. Əvvəllər Stiven Hokinq kimi iflic insanların düşüncələrini səsə çevirmək üçün ciddi işlər görülsə də, bu tam mənası ilə praktik bir həllə çata bilməyib.
BKI-lar əvvəllər, istifadəçilər fiziki olaraq danışmağa çalışarkən (əslində danışa bilməsələr belə) beynin motor korteksindəki sinir fəallığını izləyərək danışığı aktivləşdirmək üçün istifadə olunurdu. Lakin bu davamlı səy yorucu ola bilərdi. Buna görə də tədqiqatçılar xəyəl edilən cümlələri danışığa çevirə bilən bir sistem hazırlamağa başlayıblar.
İndi isə texnologiyanın çatdığı son mərhələdə yeni narahatlıqlar var: İnsanların düşüncələrinə daxil ola bilmə qabiliyyəti zehin oxuma və məlumat məxfiliyyi mövzularında bəzi narahatlıqlar da yaradıb.
Yeni texnikada alimlər dörd iştirakçının motor korteksinə bir çip yerləşdiriblər və danışıq cəhdinin və daxili dialoqun eyni "danışıq fokus nöqtələrində" (precentral girusun orta və ventral bölgələrində) təmsil olunduğunu kəşf ediblər. Nəticə etibarilə, BKI 125.000 sözdən ibarət lüğət ehtiyatı və %70-dək dəqiqlik dərəcəsi ilə xəstələrin daxili monoloqlarını real vaxt rejimində deşifrə edə bilib. Yəni, beyinə yerləşdirilən mikroskopik bir kompüter insanın öz ürəyindən keçirdiyi daxili monoloqları və düşüncələri yaxalayaraq başqasının da görüb eşidə biləcəyi formaya çevirib.
Hələlik, BKI vasitəsilə hər hansı bir şəxsin düşüncələrini klonlamaq çox ehtimal deyil, çünki texnologiya hələ inkişafın ilk mərhələsindədir və bu iş tamamlanmış bir modeldən çox, konsepsiyanın sübutu xarakterində bir tədqiqatı təmsil edir. Digər tərəfdən, qarşımızdakı illərdə bu cür cihazların insanların danışmasına kömək etmək üçün istifadə olunduğunu görə bilərik, bunun üçün isə sistemin həssaslığının, mürəkkəbliyinin və dəqiqliyinin əhəmiyyətli dərəcədə artırılması məqsədi ilə intensiv iş tələb olunacaq.
Samir