İlon Maskun kosmosda neçə peyki var?

TEXNO
09:50 / 08.10.2025
42

Dünyanın dörd bir tərəfindəki uzaq və çətin əraziyə çatan bölgələrə internet bağlantısı aparmağı hədəfləyən "Starlink" kosmos əsaslı peyk internet xidmətləri sahəsində hazırkı liderdir. İlon Maskun mülkiyyətində olan "SpaceX"in bir alt layihəsi kimi həyata keçirilən bu sistem, xüsusilə kənd ərazilərində yaşayanlar və daimi səyahət edən istifadəçilər üçün cəlbedici bir seçimə çevrilib. İstifadəçilər internet bağlantısını yanlarında daşıya bilmək azadlığının keyfini çıxararkən, "Starlink" də təqdim etdiyi sürət və çatım imkanı ilə ənənəvi provayderləri geridə qoyur.

HİT.az xəbər verir ki, uru infrastrukturuna ehtiyac duymayan bu sistem, tək yaşayış məntəqələrində deyil, düşərgə alanlarında, karvan səyahətlərində və ya uzaq vəzifə məntəqələrində də fasiləsiz bağlantı təmin etməyi hədəfləyir. "Starlink Mini" kimi daşınan avadanlıqlar da bu hədəfi bir addım daha irəli aparır.

Peyk interneti deyildikdə, "Starlink" hazırda "Viasat" kimi rəqiblərinin qarşısında yer alır. Sürət, quraşdırma asanlığı və qlobal əhatə baxımından daha inkişaf etmiş bir seçim kimi qiymətləndirilir. "Amazon"un üzərində işlədiyi "Project Kuiper" layihəsi isə gələcəkdə "Starlink"ə alternativ ola bilər; amma layihə hələ də inkişaf mərhələsindədir və hələ ictimaiyyətə açıq deyil.

"Starlink"in hazırkı uğurunda ən böyük pay onun nəhəng peyk donanmasına məxsusdur. 25 Sentyabr 2025-ci il tarixinə, alçaq Yer orbitində aktiv olan 8.475 "Starlink" peyki var. "SpaceX" bu rəqəmi 42.000-ə çatdırmağı planlaşdırır. Müqayisə üçün, 1957-ci ildən bəri kosmosa ümumilikdə təxminən 23.000 peyk buraxılıb və onların yalnız 15.000-ə yaxını hələ də orbitdədir. Bu da "Starlink"in nə qədər böyük bir peyk şəbəkəsinə malik olduğunu göz qabağına sərir.

Hər buraxılış uğurla nəticələnmir. Xüsusilə günəş fəaliyyətləri orbitdəki peyklər üzərində ciddi təsirlər yarada bilər. Məsələn, Fevral 2022-də baş verən bir geomagnetic fırtına yeni buraxılan 49 peykdən 40-nın bir gün ərzində orbitdən çıxmasına səbəb olmuşdu. Oxşar bir vəziyyət İyul 2024-də də yaşandı; erkən buraxılan 20 peyk atmosferə daxil olaraq yanaraq məhv olub.

Bu kimi itkilər "Starlink"in peyklərini aşağı orbitdə yerləşdirməsinin bir yan təsiri kimi qiymətləndirilir. Yüksək sürətli internet bağlantısı üçün bu alçaq orbit üstünlük yaratsa da, peyklər kosmosdakı atmosfer şəraiti qarşısında daha müdafiəsiz hala gəlir.

"Starlink"in böyüməsi bəzi mühümlərdə həyəcanla qarşılansa da, bəzi təbəqələr ciddi narahatlıq keçirir. Xüsusilə astronomlar, artan peyk sayının astronomik müşahidələr üzərindəki mənfi təsirlərinə diqqət çəkirlər. Gecələr səmada daha çox parlaq nöqtə görmək tək estetik bir məsələ deyil; elmi müşahidələri birbaşa təsir edən bir vəziyyətdir.

Beynəlxalq Astronomiya Birliyi 2019-cu ildə etdiyi açıqlamada bu mövzudakı narazılığını ifadə etmişdi. Peyk səthlərinin günəş işığını əks etdirməsi həssas teleskop görüntülərini pozula bilər. Bundan əlavə, bu peyklərin yaydığı radio siqnallarının da bəzi astronomik ölçmələri çətinləşdirdiyi qeyd olunur.

Digər tərəfdən, "SpaceX"in rhbəri İlon Mask bu tənqidləri cavablandıraraq, "Starlink" peyklərinin səmada təsirinin demək olar ki, sıfır olduğunu müdafiə edir. Mask, istifadəçilərin böyük əksəriyyətinin bu peykləri fərq etmədiyini, sistemin astronomiya ilə toqquşacaq bir səviyyədə olmadığını bildirir.

Samir
 

0