Əksər məişət cihazları söndürülmüş vəziyyətdə belə elektrik enerjisi sərf edir. Bu, energetik vampirlər və ya gözləmə rejimində enerji sərfiyyatı adlanır. Bu, elektrik hesabında artıq məbləğ olmasının səbəbi ola bilər.
HİT.az "Snopes" portalına istinadən xəbər verir ki, müəyyən cihazları şəbəkədən ayırmaq və ya "ağıllı" rozetkalardan istifadə etmək pul qənaətinə kömək edə bilər.
ABŞ Energetika Nazirliyinin (DOE) izah etdiyi kimi, ən çox gözləmə rejimində adətən qəhvəbişirənlər və kompüterlər kimi cihazlar elektrik enerjisi sərf edir. Bu siyahıya həmçinin televizorlar, oyun konsolları və s. daxil ola bilər.
ABŞ-nin Lourens Berklİ Milli Laboratoriyasının baş elmi işçisi Alan Meyer deyib ki, 2025-ci ildə yeni cihazlar orta hesabla gözləmə rejimində daha az enerji sərf edir. Lakin smart cihazlar şəbəkəyə daimi qoşulu olduğuna görə daha çox elektrik sərf edə bilər. Bundan əlavə, işıq lampalarının getdikcə daha böyük bir hissəsi gözləmə rejimində enerji sərf edir.
Onun sözlərinə görə, elə hallar var ki, cihazları şəbəkədən ayırmaq olmaz. O, bəzən cihazları söndürməkdən əldə ediləcək cüzi qənaəti və bununla əlaqəli narahatlıqları düşünməyi məsləhət görüb.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, soyuducu və dondurucu kimi bəzi məişət cihazlarını şəbəkədən ayırmaq sağlamlıq üçün təhlükəli ola bilər. Üstəlik, onları daim şəbəkəyə qoşub ayırmaq elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yarada bilər.
Bir məişət cihazı var ki, eyni vaxtda işləyən 65 soyuducudan daha çox elektrik enerjisi "yeyir". Bu, bir çox mənzildə var.
Söhbət elektrikli sobadan gedir. Göründüyündən kiçik olan bu "şkaf" tez-tez istifadə edildikdə ayda təxminən 40-dan 90 kilovat-saat (kWh) enerji sərf edir. Ümumiyyətlə, elektrikli soba ildə 224 kWh-a qədər enerji sərf edə bilər.
Samir