Süni intellekt ilə evlənmək, hüquqi cəhətdən mümkündürmü?

TEXNO
21:26 / 04.11.2025
40

Bir zamanlar elmi-fantastika məhsulu olanlar, bu gün getdikcə daha çox gerçəyə yaxınlaşır. İnsanların süni intellekt (Al) asistanları ilə qurduğu emosional və hətta romantik bağlar, müasir dünyanın təəccüblü bir həqiqətinə çevrildi. Elə ki, Al-a qarşı duyulan bu yaxınlıq, qanuni evlilik qapılarını sınayacaq nöqtəyə qədər çatıb.

HİT.az xəbər verir ki, 2013-cü ildə ekranlaşdırılan və "Joaquin Phoenix"in Al asistanına aşiq olan bir adamı canlandırdığı "Her" filmi, tamaşaçıları dərin sarsıtmışdı. Lakin müasir dövrdə, aradan keçən on ildən artıq müddətdə, Al texnologiyalarının daha ağıllı, konteksti dərk edə bilən və insan dilini təbii bir şəkildə istifadə edən bir səviyyəyə gəlməsi ilə, Al ilə əlaqə qurma fikri cəmiyyətdə daha çox yer tapmağa başladı. Gündəlik xəbər başlıqlarında belə, insan olmayan bir varlıqla evlənməyi düşünənlərə dair hekayələrə rastlamaq mümkündür. Bu vəziyyət, qaçınılmaz bir sualı da özü ilə gətirir: Bir süni intellektlə evlənmək hüquqi cəhətdən mümkündürmü?

Mövcud qanunlara görə bu sualın qısa və aydın cavabı "Xeyr"dir. Ənənəvi evlilik tərifinin xaricində olan bu cür bir birliktəliyin qanuni bir əsası yoxdur. Amerika Birləşmiş Ştatları başda olmaqla bir çox ölkədə evlilik, razılığı olan iki insan arasında baş verməlidir. Süni intellekt isə, mürəkkəb bir kod ardıcıllığından ibarət olan virtual bir varlıq, yəni hüquqi cəhətdən insan sayılmır. Bu əsas qayda, Al ilə qanuni bir evliliyin qarşısındakı ən böyük maneədir.

Bu müzakirələr davam edərkən, ABŞ-nin Ohio ştatından diqqətçəkən bir qanun layihəsi gəldi. Ohio Nümayəndələr Məclisi Texnologiya və İnnovasiya Komitəsinin Sədri və "Licking County" nümayəndəsi Taddeus Klaggett Al varlıqlarının hüquqi statusunu təsbit etmək məqsədilə 469 nömrəli Qanun Layihəsini senata təqdim edib.

Bu qanun layihəsinin əsas məqsədi, süni intellekt sistemlərinin heç vaxt hüquqi şəxs, yəni hüquqi hüquqlara malik bir varlıq kimi qəbul edilməməsini təmin etməkdir. Layihəyə görə, Al sistemləri "emosiyasız varlıqlar" elan ediləcək və buna görə də qanuni evlilik kimi, hüquqi şəxslərin edə biləcəyi hərəkətləri etmələri qadağan olunacaq.

Bu hüquqi maneə, gələcəkdə Al ilə evliliyin hüquqi olaraq tanınma ehtimalının qarşısını almağı hədəfləyir. Klaggett, NBC4-ə verdiyi müsahibədə, Al-ın insan davranışlarını təqlid etmə qabiliyyəti artsa belə, texnologiya üzərində həmişə bir insanın nəzarətinin olması lazım olduğunu və Al-ın heç bir zaman "insan" elan edilməməsinin həyati əhəmiyyət daşıdığını vurğulayır.

Bir süni intellektlə evliliyin qarşısını alma səyi, üzətdən göründüyündən daha dərin hüquqi və ictimai nəticələr özü ilə gətirir. Qanuni olaraq evlənən bir şəxs, həyat yoldaşının vəkalət səlahiyyətinə malik olur, yəni maliyyə və tibbi qərarlar ala bilər. Bir Al-a bu cür səlahiyyətlərin verilməsinin yaradacağı problemlər asanlıqla görülə bilər.

Bundan əlavə, insanlar daşınmaz əmlak, bank hesabı sahibi olma və əqli mülkiyyət hüquqlarına malik olma kimi Al-ın malik olmadığı hüquqlara sahibdirlər. Bir Al ilə evliliyə icazə vermək, həmin virtual varlığın bu hüquqları faktiki olaraq tələb edə bilmə potensialını yaradacaqdır. Bu vəziyyət, mövcud hüquqi sistemi və mülkiyyət anlayışlarını əsaslı şəkildə sarsacaq keyfiyyətdədir.

Çoxlu insan söhbət robotları və digər süni intellektlərlə emosional bağlar qurduğunu, hətta simvolik birliktəliklər həyata keçirdiyini iddia edir. Bu simvolik hərəkətlər şəxsi bir seçim olsa da, qanuni bir etibarlılığa malik deyillər. Ohyoda təklif olunan bu qanun layihəsi isə, bu simvolik bağların heç vaxt qanuni bir status qazanmamasını təmin edəcək bir presedent təşkil etmək yolunda əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Samir

0