"Nvidia" və "Microsoft" "Anthropic"ə 15 milyard dollar investisiya yatıracaq

TEXNO
11:35 / 19.11.2025
36

ABŞ texnologiya şirkəti “Microsoft”, çip istehsalçısı “Nvidia” və süni intellekt şirkəti “Anthropic” strateji tərəfdaşlıq qurduqlarını açıqlayıblar.

HİT.az xəbər verir ki, bu barədə "Microsoft", "Nvidia" və "Anthropic"in birgə açıqlamasında qeyd edilib. 

Bildirilib ki, “Anthropic”in sürətlə böyüyən "Claude" süni intellekt modeli “Microsoft Azure” üzərində genişləndiriləcək və bu proses “Nvidia” tərəfindən dəstəklənəcək.

Bu addımın "Claude" modelinə çıxışı artıracağı, “Azure”un korporativ müştərilərinə daha geniş model seçimi və yeni imkanlar təqdim edəcəyi qeyd olunub. Məlumatda həmçinin “Anthropic”in 30 milyard dollarlıq “Azure” emal gücü satın almağa və əlavə olaraq bir giqavata qədər əlavə emal gücü üçün müqavilə bağlamağa dair öhdəlik götürdüyü bildirilib.

"Nvidia" "Anthropic"ə 10 milyard dollara qədər, "Microsoft" isə 5 milyard dollara qədər investisiya yatıracaq.

Samir

0