Kiber təhlükəsizlik həlləri təqdim edən ESET, nəzarətsiz aparılan paylaşımlara diqqət çəkərək süni intellekt (Al) botu ilə ünsiyyətin risklərinə diqqət çəkib.
HİT.az xəbər verir ki, "Character.AI", "Nomi" və "Replika" kimi proqramlar və "OpenAI" ilə "xAI" şirkətlərinin flörtöz Al botları kimi böyük platformalar, istifadəçilərin fərdiləşdirilmiş söhbət tərzində psixoloji və bəzən də romantik ehtiyaclarını qarşılayır.
Bəs, süni intellektdən dost olarmı?
Nəzarətsiz paylaşım və məxfilik narahatlıqları
Tədqiqatlar göstərir ki, gənclərin təxminən dörddə üçü Al dostlarından istifadə edir və üçdə biri ciddi söhbətlər üçün insanlara nisbətən Al botlarını üstün tutur. Lakin bu vəziyyət, istifadəçilərin şəxsi məlumatlarını paylaşması səbəbindən narahatlıq yaradır. Oktyabr ayında yayımlanan bir tədqiqata görə, iki Al dostluq proqramının həssas istifadəçi məlumatlarını ifşa etdiyi bildirilib. Təhdid aktorları, xüsusilə romantik söhbətlərdə paylaşılan məlumatları şantaj məqsədilə istifadə etmək riski daşıyır.
Ailələri təhlükəsiz saxlama təklifləri
ESET bu proqramlardan istifadə edənlər üçün bir sıra təhlükəsizlik təklifləri təqdim edir. Əvvəla, Al-ın daxili təhlükəsizlik tədbirləri olmadığını fərz edərək, bir yad adamla paylaşılmayacaq heç bir şəxsi və ya maliyyə məlumatının botlarla paylaşılmaması lazımdır. Proqram seçimi etməzdən əvvəl hərtərəfli araşdırma aparılmalı, məxfilik siyasətləri oxunmalı və istifadəçi məlumatlarını satdığını bildirən proqramlardan çəkinilməsi tövsiyə olunur. Təhlükəsizlik üçün isə iki faktorlu identifikasiya kimi xüsusiyyətlər aktivləşdirilməli və model təlimi üçün söhbətlərin qeydə alınması kimi seçimlər dayandırılaraq məxfilik parametrləri yoxlanılmalıdır. Bundan əlavə, valideynlər uşaqlarının istifadəsi haqqında dialoq qurmalı, həddindən artıq paylaşım risklərini xatırlatmalı və yaş təsdiqləmə siyasəti olmayan proqramlara icazə verməməlidirlər.
Qanuni vəziyyət: Romantik botların hazırda "boz zonada" fəaliyyət göstərdiyi, lakin AB-də tezlikmə qüvvəyə minəcək Rəqəmsal Ədalət Qanununun həddindən artıq asılılıq yaradan və fərdiləşdirilmiş təcrübələri qadağan edə biləcəyi bildirilir.
Samir


