Süni intellekt həqiqətən hiss edir, yoxsa bizi aldadır?

TEXNO
17:50 / 19.12.2025
43

Süni intellekt bu gün maliyyə dünyasından tibb sahəsinə qədər həyatımızı asanlaşdırsa da, zehnlərdə məşhur sual hələ də cavab gözləyir: Bu sistemlər bir gün həqiqətən şüur qazana bilərmi? 

Hit.az xəbər verir ki, Kembric Universitetindən filosof Dr. Tom Makklellandin fikrincə, bu distopik ehtimalı tamamilə rədd etmək üçün əlimizdəki məlumatlar çox yetərsizdir.

Makklellanda görə, süni intellektin şüuru olub-olmaması sualına veriləcək ən dürüst və məntiqli cavab hələlik yalnız “bilmirik” deməkdir.

Bu qeyri-müəyyənliyin əsasında isə əslində şüurun nə olduğu və bir varlığı nəyin “şüurlu” etdiyi məsələsini hələ tam izah edə bilməməyimiz dayanır. Dr. McClelland hesab edir ki, keçərli bir şüur testi hazırlaya bilmək üçün qarşıda böyük bir intellektual inqilab olmalıdır. Nə sağlam düşüncəmiz, nə də akademik araşdırmalarımız bizə dəqiq cavab verə bilmədiyi müddətcə, qeyri-müəyyən mövqe saxlamaq ən məntiqli yol kimi görünür. Bəlkə də bu həqiqəti heç vaxt tam anlamayacağıq. Böyük texnologiya şirkətləri süni intellektin hər sahədə insanı geridə qoyduğu “ümumi süni intellekt” səviyyəsinə çatmaq üçün milyardlarla dollar xərcləyir, bəzi ekspertlər isə sistemlər mürəkkəbləşdikcə şüurun öz-özünə ortaya çıxacağını iddia edir.

Süni intellektin şüur qazanması fikri ağıla dərhal qatillik robotlarını gətirsə də, Makklelland əsas təhlükənin bu keçidin bizim fərqinə varmadan baş verməsi olduğunu bildirir. Şüurun yalnız düzgün “proqram təminatı” ilə bağlı olub-olmaması, yoxsa tamamilə bioloji bir quruluşa bağlı olub-olmaması mövzusu hələ də intensiv müzakirə olunur. Bu əsas sual cavabsız qaldıqca, süni intellekti test edə biləcəyimiz bir zəmin də yoxdur.

Bu vəziyyət yalnız texniki maraq deyil, həm də ciddi etik dilemma yaradır. Məsələn, bir tosterə qarşı əxlaqi məsuliyyət hiss etmərik, çünki onun təcrübəsi və ya duyğusu yoxdur. Amma qarşıda duran proqram həqiqətən ağrı hiss edə və ya hiss edə bilirsə, ona qarşı davranışlarımızı tamamilə dəyişdirməliyik.

Ən riskli nöqtə isə şüursuz sistemləri şüurlu kimi qəbul etməyə başlamağımız ola bilər. Dr. Makklelland deyir ki, bir söhbət robotu ilə qurulan emosional bağ, qarşı tərəfin heç nə hiss etmədiyi gerçəyi ilə üzləşəndə “mövcudluq baxımından zərərli” ola bilər. Hətta artıq söhbət robotları tərəfindən yazılmış və şüurlu olduqlarına dair yalvaran məktublar aldığını qeyd edən tədqiqatçı vəziyyəti belə ümumiləşdirir: “Şüurlu varlıqlara pis davranma riskini istəmirik, amma resurslarımızı tosterdən fərqi olmayan obyektlərin '
"haqlarını" qorumağa sərf etmək də istəmirik".

Samir

0