Süni intellekt böyük komandanın bir ildə edəcəyi işi bir saata yerinə yetirdi

TEXNO
12:44 / 12.01.2026
42

Proqram təminatı dünyasında baş verən bir inkişaf texnologiya koridorlarında sadəcə pıçıldanaraq qalmaqdan çıxaraq ciddi bir müzakirə yaradıb.

Hit.ax xəbər verir ki, "Google"un "Opal" kodlaşdırma aləti və insan əlinin dəqiqliyinə yaxınlaşan robotik inkişaflar bir yana, əsl sarsıdıcı xəbər süni intellektin kod yazma sürəti ilə bağlı olub.

Süni intellekt mühəndisi olan Rohan Paul sosial mediada paylaşdığı iddia ilə gündəmə gəlib. Paul keçən il "Anthropic"in baş direktorunun “Bir il ərzində bütün dünyadakı kodları süni intellekt yazacaq” proqnozunu xatırladıb və "Google"da işləyən yüksək səviyyəli bir mühəndisin təcrübəsini paylaşıb.

Məlumata görə, süni intellekt bir il ərzində bir komandanın ortaya qoyduğu əməyin nəticəsini yalnız bir saat ərzində əldə edə bilib.

Samir
 

0