Yeni məlumatlara görə, "Apple"ın gələcək qatlanan telefonu "iPhone Fold" ən böyük batareya tutumuna sahib olacaq.
HİT.az “9to5Mac”a istinadən xəbər verir ki, cihazın batareyası 5500 mAh və ya daha çox olacaq.
Təchizat zəncirindən gələn məlumatlara əsasən, avtonomluğun artması cihazın ölçülərinin əhəmiyyətli dərəcədə böyüməsinə səbəb olmayacaq. Bunun üçün səs düyməsi "iPad mini"dəki kimi sağ tərəfə keçirilib, sol tərəf isə rekord batareya üçün tam sərbəst qalacaq.
Müqayisə üçün, "iPhone 17" ailəsinin modelləri daha kiçik batareyalarla təchiz olunub: "iPhone Air" – 3149 mAh, "iPhone 17 Pro Max" – 5088 mAh. Beləliklə, qatlanan "iPhone Apple"ın indiyə qədər ən güclü smartfonundan təxminən 10% və ya daha çox böyük batareya ilə fərqlənə bilər.
Hələ məlum deyil ki, böyük qatlanan ekran enerji sərfiyyatını necə təsir edəcək, lakin gözləntilərə görə, "iPhone Fold" ən azı "iPhone 18 Pro" modelləri ilə avtonom iş müddətinə görə rəqabət apara biləcək.
Qiymət barədə müxtəlif proqnozlar var – təxminən 2000–2400 dollar, çox güman ki, daha yüksək həddə yaxın. Anons bu payız gözlənilir.
Samir


