Kompüteriniz niyə birdən-birə yavaşlayır?

TEXNO
20:20 / 17.02.2026
58

"Windows" istifadəçiləri üçün Tapşırıq Meneceri vazkeçilməz bir vasitədir. Lakin sistem yavaşladığında problemin mənbəyini tapmaq istədikdə bu alətin əhəmiyyətli bir çatışmazlığı ortaya çıxır: yalnız anlıq məlumat göstərir. Tam da bu nöqtədə "AppControl" daha əhatəli bir həll təqdim edir.

HİT.az xəbər verir ki, özünü “gündəlik "Windows" istifadəçiləri üçün hazırlanmış” kimi təqdim edən "AppControl" Tapşırıq Meneceri ilə daha inkişaf etmiş sistem izləmə vasitəsini birləşdirir. Tətbiqin ən diqqətçəkən xüsusiyyəti isə yalnız real vaxt məlumatlarını deyil, keçmiş məlumatları da göstərməsidir. Beləliklə, tətbiqi açdığınız anda sistem sakit olsa belə, hansı proqramın resursları zorladığını asanlıqla görə bilirsiniz.

"AppControl"un yaradılma ilhamı da tam olaraq Tapşırıq Menecerinin bu anlıq məlumat məhdudiyyətidir. Tətbiqin qurucu ortağı və CEO-su Jon Hundley mövzu ilə bağlı bildirir:

"Xronoloji məlumat verən bir Tapşırıq Meneceri axtardığımda qarşıma yalnız eyni problemi yaşayan insanların zarafatları çıxırdı. "AppControl" bu görünürlüğü və nəzarəti hər kəs üçün əlçatan, anlaşılır və zövqlü etmək üçün var".

"AppControl" zaman içində avadanlıq istifadəsini izləməkdən daha irəlidədir. Tətbiq sistemdə işləyən proqram və proseslər haqqında izahatlar təqdim edir və bu proseslərin əslində nə etdiyini detallı şəkildə göstərir.

Həmçinin problem yaradan tətbiqləri deaktiv etmək və ya bloklamaq üçün sadə nəzarət seçimləri mövcuddur. Eyni zamanda veb-kamera, mikrofon və yer məlumatı üçün gizlilik xəbərdarlıqları da təqdim edir.

İstifadəçi gizliliyi ilə bağlı da aydın yanaşma var. "AppControl" varsayılan olaraq demək olar ki, heç bir məlumat toplamayır, qeydiyyat tələb etmir və şübhəli proqramların aşkarlanması kimi isteğe bağlı funksiyaları yalnız istifadəçinin açıq razılığı ilə təqdim edir.

Proqram açıq mənbəli və yüksək performanslı "Flutter" interfeys çərçivəsi üzərində işləyir. Müasir "Windows" versiyalarında əlavə təhlükəsizlik xəbərdarlığı və ya əməliyyat tələb etmədən təhlükəsiz şəkildə işlədiyi bildirilir. Quraşdırma zamanı Administrator icazəsi tələb olunur. Testlərdə tətbiqin Tapşırıq Menecerinin yerinə problemsiz işləyə bildiyi göstərilib. Performans xərclərini azaltmaq üçün fərdiləşdirmə seçimləri və Qaranlıq rejim də mövcuddur.

"Windows" zaman keçdikcə fon proseslərində daha çox resurs sərf edən bir struktura çevrildikcə, yenilənmiş Tapşırıq Meneceri alternativi müasir istifadəçilər üçün əhəmiyyətli bir həllə çevrilir. Mümkün zərərli proqramları asanlıqla aşkarlamaq, "Windows"un süni zəka inteqrasiyalarının sistem resurslarına təsirini dəqiq görmək və ya yalnız istifadəçi dostu sistem alətlərini seçmək istəyənlər üçün "AppControl" güclü bir seçim olaraq ortaya çıxır.

Samir

0