"Nvidia"dan 30 milyard dollarlıq "OpenAI" qərarı

TEXNO
14:32 / 20.02.2026
47

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” süni intellekt şirkəti “OpenAI”a 30 milyard dollar sərmayə yatırmağa hazırlaşır.

HİT.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, ötən il razılaşdırılmış 100 milyard dollarlıq uzunmüddətli öhdəlik əvəzinə “Nvidia” “OpenAI”a 30 milyard dollarlıq səhm investisiyası etməyi planlaşdırır. Bildirilir ki, danışıqlar son mərhələyə çatıb və sərmayə həftəsonunadək tamamlanə bilər.

30 milyard dollarlıq səhm yatırımı ümumi həcmi 100 milyard dolları keçməsi gözlənilən yeni maliyyələşdirmə turunun bir hissəsi olacaq. Bu tur ChatGPT-nin yaradıcısı olan “OpenAI”ın dəyərini – yeni vəsaitlər istisna olmaqla – 730 milyard dollara yüksəldəcək.

Məlumata əsasən, “OpenAI” cəlb edəcəyi kapitalın böyük hissəsini yenidən “Nvidia”nın avadanlıqlarına yönəldəcək. Bu isə iki şirkət arasında strateji əməkdaşlığın daha da güclənəcəyinə işarə kimi qiymətləndirilir.

Samir

0