Müxtəlif istifadəçilər və büdcələr üçün ən yaxşı smartfonları açıqlandı

TEXNO
21:16 / 23.02.2026
46

Populyar texnologiya nəşri "Tom's Guide" laboratoriya və real testlərə əsaslanaraq 2026-cı ilin ən yaxşı smartfonlarının yenilənmiş reytinqini hazırlayıb.

HİT.az xəbər verir ki, qiymətləndirmədə performans, kameralar, ekranlar, batareya ömrü və istifadə rahatlığı nəzərə alınıb.

Ümumi olaraq ən yaxşı smartfon olaraq jurnalistlərin qiymətləndirməsinə görə, "iPhone 17 Pro Max" seçilib. Cihaz yeni iki rəngli dizayna, güclü A19 Pro prosessoruna, rekord batareya ömrünə və təkmilləşdirilmiş telekamera sisteminə malikdir. Kamera çətin işıqlandırma şəraitində belə parlaq və detallı şəkillər çəkir. “Hər şeyi birdən istəyənlər üçün” ideal seçimdir.

"Samsung Galaxy S25 Ultra" “kamera telefonu kralı” adlandırılıb. Cihaz 200 meqapiksellik əsas kamera və geniş kamera sistemi ilə fərqlənir, foto və video çəkiliş üçün güclü zoom rejimləri və süni intellekt funksiyaları təqdim edir. Jurnalistlər onu Android flaqmanı kimi kamerası, performansı və funksionallığı balanslı olduğuna görə ən inkişaf etmiş modellərdən biri hesab edirlər.

Ən yaxşı büdcəli seçim – "Google Pixel 9a". Smartfon parlaq ekrana, gecə və makro rejimli yüksək keyfiyyətli kameralara və süni intellekt əsaslı rahat funksiyalara malikdir. Cihaz 7 il boyunca yeniləmələr alacaq.

Digər top smartfonlar:

* "Google Pixel 10 Pro" – ən ağıllı smartfon. "Google"un AI alətləri yalnız kamera üçün deyil, gündəlik tapşırıqlarda da kömək edir.

* "iPhone 17" – "iPhone"lar arasında ən yaxşı qiymət/keyfiyyət nisbəti. Yaxşı batareya ömrü və uzunmüddətli yenilənmə dəstəyi onu sərfəli yatırımla edir.

* "OnePlus 15" – “puluna görə” ən yaxşı Android flaqmanı. Performans, foto və gündəlik tapşırıqlar üzrə balanslıdır.

* "Nothing Phone 3a Pro" – unikal dizayn. Parlaq rəngli korpuslar, Glyph işıqları və arxa panelin qeyri-adi tərtibatı ilə fərqlənir.

* "Galaxy Z Flip 7" – ən yaxşı qatlanan telefon. Stil sahibi dizayn, qatlanmış halda kompaktlıq və çoxfunksiyalı güclü texnologiya birləşir.

* "iPhone Air" – ən yaxşı incə smartfon. İncə və yüngül korpus, keyfiyyətli OLED ekran, sürətli çipset və gündəlik istifadə üçün yaxşı kamera ilə fərqlənir.

Samir
 

0