Düşündüyünüzdən daha çox elektrik enerjisi sərf edən cihazlar

TEXNO
22:53 / 27.02.2026
53

Evinizdə əslində düşündüyünüzdən daha çox elektrik enerjisi sərf edən xeyli sayda cihaz ola bilər. Qənaət etmək üçün isə bütün avadanlığı şəbəkədən ayırmaq mütləq deyil.

HİT.az xəbər verir ki, BGR.com yazır. 

Qeyd olunur ki, “enerji vampiri” adlandırılan cihazlara evin müxtəlif otaqlarında – mətbəxdə, qonaq otağında və ya yataq otağunda rast gəlmək mümkündür.

Çox vaxt ən çox elektrik enerjisi məhz məkanın soyudulması üçün nəzərdə tutulmuş cihazlar – məsələn, kondisionerlər və ya ventilyatorlar tərəfindən sərf olunur. Müqayisə üçün bildirilir ki, məkanın soyudulması evdə ümumi elektrik istehlakının 18,2%-ni təşkil edə bilər, isitmə isə 11,1% paya malikdir.

Materialda deyilir: “Suyun qızdırılması ümumi elektrik istehlakının təxminən 8,8%-ni, soyutma isə 6,7%-ni təşkil edir”.

İsitmə və ya soyutma zamanı enerji sərfini azaltmaq üçün müəlliflər izolyasiyanın yoxlanılmasını və ya enerji auditinin aparılmasını tövsiyə edirlər.

Su qızdırıcılarına gəldikdə isə, alternativ olaraq günəş enerjili su qızdırıcısı və ya çənsiz (axın tipli) sistem nəzərdən keçirilə bilər.

“Soyuducu cihazların həddindən artıq enerji sərfiyyatı ilə mübarizə aparmaq üçün ağıllı soyuducuya keçidi sınamaq olar”, deyə müəllif əlavə edir.

Ümumi istehlakda nəzərəçarpacaq paya malik olan digər sahə işıqlandırmadır – bu, enerjinin 3,65%-ni təşkil edir. Ev əyləncə avadanlıqları isə elektrik enerjisinin 2,5%-ni “istehlak edir”. Bu baxımdan enerjiyə qənaətli lampalar və ya ağıllı rozetkalar faydalı ola bilər.

Eyni zamanda müəlliflər vurğulayırlar ki, kompüterlər, marşrutizatorlar və onlarla əlaqəli qurğular ümumi elektrik enerjisinin cəmi 1,9%-ni sərf edir.

Hansı cihazları nəzarətsiz qoymaq olmaz?

Ekspertlər heç vaxt nəzarətsiz qoyulmamalı olan 5 məişət cihazının adını açıqlayıblar. Siyahıya, xüsusilə, qızdırıcılar daxildir. Bu populyar cihazlar çoxlu elektrik enerjisi sərf edir ki, bu da köhnə elektrik naqillərinin həddindən artıq qızmasına səbəb ola bilər.

Həmçinin evdən çıxarkən və ya yatarkən paltaryuyan maşını işlək vəziyyətdə qoymaq tövsiyə edilmir.

Samir
 

0