Son dövrlərdə işıqlandırma bazarında nəzərəçarpacaq dəyişikliklər baş verib.
Xüsusilə mağazalarda ənənəvi lampalar (məsələn, közərmə və bəzi növ floresan lampaların) satışdan çıxarılıb. Artıq bir müddətdir həmin lapmaları tapmaq mümkün deyil. Satıcılar artıq sözegedən lampaların gəlmədiyini, onların əvəzinə LED lampaların satıldığını bildirirlər...
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, adi lampaların satışdan yığışdırılmasına dair dövlətin müfaviq qərarı var:

“Çünki həmin lampalar ekonomik cəhətdən səmərəsizdir və çox işıq sərf edir. Üstəlik, adi lampalardan çox sayda şikayətlər var idi. Demək olar ki, onların tez sıradan çıxması əhalini bezdirmiş səviyyədə idi. Bu səbəbdən də müasir lampalara keçid məqsədəuyğun sayılır. İstehlakçıların daim seçim hüququnun daim sabit saxlanılmasının tərəfdarıyıq. Lakin insanlar enerji və suya qənaətlə yanaşmasını öyrənməlidir. Bu səbəbdən də hökumət məlum qərarı verdi və adi lampalar satışdan çıxarıldı”.
Günel Cəlilova


