İtaliyada ilk dəfə süni intellekt asılılığının müalicəsi qeydə alındı

TEXNO
13:45 / 09.05.2026
43

İtaliyanın Asılılıqlarla Mübarizə üzrə Dövlət Xidməti (SERD) ölkədə ilk dəfə süni intellektdən (Al) asılılıq halının müalicəyə qəbul edildiyini bildirib.

HİT.az xəbər verir ki, bu barədə “Gazzettino” qəzeti məlumat yayıb.

Məlumata görə, asılılıq təxminən 20 yaşlı bir qızda aşkarlanıb. O, davamlı olaraq neyron şəbəkə ilə ünsiyyətdə olub və zamanla süni intellekt onun davranışını daha yaxşı “anlamağa” başlayıb. Nəticədə qız özünü İİ ilə söhbət zamanı təhlükəsizlikdə hiss edib, onu “həqiqi dost” kimi qəbul edib və tədricən “hər şeydən və hər kəsdən” uzaqlaşıb.

Tibb müəssisəsinin baş həkimi Laura Suardi bildirib ki, bu tip asılılıq həkimlər üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə, texnologiyaların inkişafı ilə belə problemlərin ortaya çıxacağı ehtimal edilirdi.

Bundan əvvəl ekspertlər də qeyd etmişdilər ki, neyron şəbəkələrin populyarlığı cavabların dəqiq və etibarlı olduğu illüziyasını yaradır, halbuki bu modellərin daxilində verilən məlumatların düzgünlüyünü tam şəkildə yoxlayan mexanizm mövcud deyil.

Samir
 

0