Sürətli şarjın smartfonlara mənfi təsiri açıqlandı

TEXNO
17:00 / 03.06.2026
42

Sürətli şarj smartfon batareyalarının daha tez köhnəlməsinə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, batareyanın aşınmasına xüsusilə keyfiyyətsiz aksesuarların istifadəsi və cihazın qızması təsir göstərir.

Məsələn, 5 vatt gücündə yavaş şarj telefonun 100 faizə qədər dolmasını təxminən üç saata təmin edir və bu zaman sürətli şarjla müqayisədə xeyli az istilik yaranır.

Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün orijinal və ya etibarlı istehsalçıların şarj cihazlarından istifadə etməyi, cihazın qızmasına yol verməməyi və otaqda normal temperaturu qorumağı tövsiyə edirlər.

Samir

0