Android istifadəçiləri neyron şəbəkə əsaslı telefon fırıldaqçılığından necə qoruna bilər?

TEXNO
16:53 / 04.06.2026
42

“Android” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün Google telefon fırıldaqçılığına qarşı yeni təhlükəsizlik funksiyasını istifadəyə hazırlayır. Yeni alət "Fake Call Detection" adlanır və Android 12 və daha yeni versiyalarda işləyən cihazlarda iyun ayında istifadəyə veriləcək. 

HİT.az xəbər verir ki, bu barədə "Bleeping Computer" məlumat yayıb.

Yenilik “spoofing” adlanan dələduzluq üsuluna qarşı yönəlib. Bu üsulda fırıldaqçılar telefon zəngi zamanı istifadəçinin yaxınları, dostları və ya tanışları kimi özlərini təqdim edirlər. Süni intellekt vasitəsilə səs klonlaşdırma texnologiyalarının inkişafı bu cür hücumların artmasına səbəb olub.

Ənənəvi həllərdən fərqli olaraq, Google-un yeni sistemi səsin məzmununu analiz etmir. Bunun əvəzinə zəngin texniki göstəriciləri və əlaqənin autentikliyini yoxlayır. Sistem Google-un rəsmi tətbiqləri vasitəsilə həyata keçirilən qorunan zənglərə xas parametrləri təhlil edir.

Əgər sistem müəyyən edərsə ki, zəng edən şəxs iddia etdiyi kontaktdan həqiqətən zəng etmir, istifadəçiyə mümkün fırıldaqçılıq barədə xəbərdarlıq göndərilir. Bu halda telefon səsli siqnal verir, vibrasiya rejiminə keçir və ekranda bildiriş göstərir.

"Texnologiya Rich Communication Services" (RCS) açıq standartı əsasında qurulub və yalnız “Google Telefon”, “Google Kontaktlar” və “Google Mesajlar” tətbiqlərindən istifadə edən Android cihazlarında işləyəcək. Yeniləmədən sonra funksiya standart olaraq aktiv ediləcək.

Samir

0