Siz televizora baxarkən o, sizi “izləyə” bilər. Söhbət ACR texnologiyasından – ekranda göstərilən məzmunu analiz edərək hansı reklamların göstəriləcəyini və hansı kontentin tövsiyə olunacağını müəyyən edən avtomatik kontent tanımadan gedir.
Bu məlumatlar çox dəyərlidir: istifadəçilərin baxış vərdişlərini anlamaq üçün ətraflı profillər yaratmaqda və reklam şirkətlərinə satılmaqda istifadə oluna bilər. Bu funksiya bütün böyük Smart TV platformalarında mövcuddur və yeni televizorlarda çox vaxt standart olaraq aktiv olur.
Hit.az xəbər verir ki, istehsalçılar məlumatların anonim və təhlükəsiz olduğunu desələr də, texnologiya istifadəçinin məxfiliyinə ciddi müdaxilə edə bilər – bəzən gözləniləndən də çox.
Mütəxəssislər ACR funksiyasını necə söndürmək lazım olduğunu izah ediblər.
ACR-ni necə söndürmək və məlumat toplanmasını dayandırmaq olar
İzləməni azaltmaq və ya tam dayandırmaq üçün ACR funksiyasını tapıb söndürmək lazımdır. Müxtəlif markalarda bu funksiya fərqli adlana və menyunun müxtəlif hissələrində yerləşə bilər.
Əgər LG televizorunuz varsa:
LG televizorlarında bu funksiya “Live Plus” adlanır və adətən sistemin geniş ayarlarında gizlənir.
Söndürmək üçün Settings → General → System → Advanced Settings → Live Plus yolunu izləyin.
Əgər "Samsung" televizorunuz varsa:
"Samsung" modellərində yol cihazdan asılıdır. Köhnə modellərdə Settings → Support → Terms & Policies bölməsinə daxil olub Viewing Information Services (ACR funksiyası) və Interest-Based Advertising (fərdiləşdirilmiş reklam) söndürülməlidir.
Yeni modellərdə isə adətən yol belədir: “Nastroykalar” → “Bütün nastroykalar” → “Ümumi və məxfilik” → “Şərtlər və məxfilik”, burada da həmin funksiyalar deaktiv edilir.
Digər televizorlar:
"Sony" televizorlarında oxşar funksiyalar Interactive TV Settings və ya Samba Interactive TV adlana bilər. Onları söndürmək üçün ilkin quraşdırma ayarlarına daxil olub uyğun seçimi deaktiv etmək lazımdır.
"Vizio" televizorlarında bu parametr sistem ayarlarında yerləşir: MENU düyməsi → HDTV Settings → System → Reset & Admin → Viewing Data və burada söndürülür.
"Amazon Fire TV"də isə bu, adətən Privacy (məxfilik) bölməsində “Automatic Content Recognition” kimi göstərilir və cihaz məlumatlarının toplanması da buradan deaktiv edilir.
Bütün hallarda əsas prinsip eynidir: baxış məlumatları və fərdiləşdirmə ilə bağlı bölməni tapıb məlumat toplanmasını söndürmək.
Samir


