Niyə təyyarədə telefonu söndürmək lazımdır? — MARAQLI FAKT

TEXNO
22:39 / 04.06.2020
1753

Böyük Britaniyadan olan pilot uçuş zamanı mobil cihazların söndürülmə səbəbini izah edib.

TED.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu zərurət naviqasiya sistemlərinə maneələrin yaradılması riski ilə bağlıdır.

Cihazın aviarejimdə olduğu halda smartfonu söndürməyə ehtiyac yoxdur.

Bu rejim internetə daxil olmağa və ya zəng etməyə imkan vermir. Başqa sözlə, radio tezlik siqnalının ötürülməsi bloklanır.

Qeyd etmək lazımdır ki, son bir neçə il ərzində uçuş aparatlarının texniki imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Aparılan tədqiqatlara görə, təəssüf ki, sistemə müdaxilə riski ilə bağlı problemi tamamilə həll etmək hələ ki, mümkün deyil.

Buna baxmayaraq, sərnişinin mobil qurğudan istifadəsi nəticəsində naviqasiya sisteminin “pozulmasını” çox nadir hadisə adlandırmaq olar.

Uçuş zamanı qacet istifadəsinin daha çox ehtimal olunan nəticəsi akustik sistemdəki problemlərdir. Akustik sistemda nasazlıq yarandıqda, təyyarədəki əməkdaşlar bir-biri ilə əlaqə saxlaya bilmirlər.

0
Ted.az