Apple bir ilkə imza atdı - Təəcübləndirən bazar dəyəri

22:25 / 11.06.2020
1304

Məhsulları ilə dünyanın ən qiymətli şirkətləri arasında yer alan Apple, bazar dəyəri ilə təəcübləndirir. Sadəcə bir hissəsi ilə 352,05 dollar qazana bilən ABŞ şirkəti, COVID-19 virusunun yayılmasına baxmayaraq gəlirlərini artırır.

TED.az xəbər verir ki, dünən səhm qiymətlərinin 3.16 faiz artımının şahidi olan Apple, bu gün təxminən 3 faiz böyümə əldə etdi.

Bu ardıcıl artımlar texnologiya nəhənginin bazar dəyərini əvvəllər görülməmiş bir səviyyəyə qaldırıb. Məlumata görə, Apple, bazar dəyəri 1,53 trilyon dollar olan ilk ABŞ şirkəti olaraq tarixə adını yazdırıb.

0