“iPhone 12” smartfonunun texniki xüsusiyyətləri bəlli olub

TEXNO
09:34 / 16.05.2020
1378

Yeni "iPhone" smartfonlarında daxili yaddaşın tutumu artırılacaq, bəzi modellər yüksək dəqiqlikli ekranlarla təchiz ediləcək. Bu haqda "Front Page Tech" adlı "YouTube" kanalında insayder Con Prosser deyib.

Hit.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkəti 64 QB-lıq daxili yaddaşa malik versiyadan imtina edəcək: bu format son üç nəsil "iPhone" qurğusunda istifadə edilib. Prosser belə hesab edir ki, 64 QB-lıq daşıyıcı istifadəçinin bütün ehtiyaclarını təmin etmir. Cihazların texniki xüsusiyyətləri haqqında məlum olmuş informasiyaya əsasən, 5,4 və 6,1 düym diaqonallı ekranlarla təchiz edilmiş "iPhone 12" modelləri 128 və 256 QB-lıq daxili yaddaşa malik versiyalarda əlçatan olacaq.

Qabaqcıl modellər ("iPhone 12 Pro" və "12 Pro Max") müvafiq olaraq 6,1 və 6,7 düym diaqonallı ekranla təchiz ediləcək, həmçinin başlanğıc ayar kimi 128 QB daxili yaddaşla təchiz ediləcək. Bundan başqa, 256 və 512 QB-lıq daxili yaddaşa malik versiyalar əlçatan olacaq.

0
Milli.az