Həbib futbolçu olmaq istəyir - VİDEO

VİDEO
16:10 / 25.01.2021
574

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov böyük futbolda debüt etmək istəyir.

HIT.Az xəbər verir ki, bu barədə rusiyalı döyüşçü İnstaqram səhifəsində paylaşım edib.

Səhər qaçışından video yayımlayan Nurməhəmmədov hazırda azad agent kimi istənilən təklifi nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

32 yaşlı idmançı karyerasını 2020-ci il oktyabrın 25-də ABŞ təmsilçisi Castin Getji ilə görüşdən sonra başa vurub. Onun irlandiyalı Konor Makqreqoru yenən amerikalı Dastin Porye ilə döyüşməkdən ötrü karyerasını bərpa edə biləcəyinə dair xəbərlər yayılıb. Nurməhəmmədov əvvəllər hər iki döyüşçü ilə üz-üzə gəlib və onları məğlubiyyətə uğradıb. Ümumilikdə o, 29 döyüşün hamısında qələbə qazanaraq rekord göstəriciyə imza atıb.

Qeyd edək ki, futbol klubları, Rusiya yığması, eləcə də idman ulduzları Həbibin peşəkar futbolçu olmaq istəyinə cavab verib.

Rusiya millisi, "Anji" və "Rostov" klubları, tennisçi Novak Cokoviç, məşhur futbolçu və hazırda məşqçilik edən əfsanəvi Klarens Zeedorf, həmçinin musiqiçi DJ Tiesto UFC çempionunun paylaşımına biganə qalmayıaraq, şərh bölməsində öz fikirlərini bildiriblər:

“Anji”: Yerli komandanın belə gücləndirilməsinə ehtiyac var! Çox perspektivli idmançısız.

Rusiya millisi: Artıq gözləyirik.

“Rostov”: Bizi görməyə gələcəksiniz?

Novak Cokoviç: Haydı qardaş! Çox yaxşı.

Clarence Zeedorf isə şərh bölməsində biçeps, top və alov ermosiyaları paylaşıb.

DJ Tiesto: Beşiktaşa gəlin.

 

0