Bakıda güclü yanğın zamanı "Xəzər" TV-yə ziyan dəyib? - VİDEO

VİDEO
17:38 / 27.09.2024
44

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən "Xəzər" TV-də təxliyə həyata keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.

Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.

Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

 

@oxuaz

Bakıda güclü yanğın zamanı “Xəzər” TV-yə ziyan dəyib?

♬ оригинальный звук  - Oxu.az Son Xəbərlər

 

0