"TikTok"da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu - VİDEO

VİDEO
12:58 / 07.06.2025
57

10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.

Bu iddia ilə Ağdam sakini Loğman Əşrəfov Xəzər TV-yə müraciət edib.

O bildirib ki, “TikTok” vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit tələb edib. L.Əşrəfov depoziti ödədikdən sonra nömrəsini bloka atıblar.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.

Daha ətraflı süjetdə:

0