"Xiaomi"dən inanılmaz uğur: 32 günə 10 min avtomobil istehsal etdi

AVTO
11:37 / 01.05.2024
755

"Xiaomi" avtomobil istehsalı ilə diqqət mərkəzinə düşüb.

Hit.az xəbər verir ki, şirkət son 32 gündə 10 min ədəd avtomobil istehsal edib.

Yeni elektromobillər "Mi" adı ilə satışa çıxarılacaq və üç fərqli versiyada təqdim olunacaq: "SU7", "SU7 Pro" və "SU7 Max". "Xiaomi SU7" 29 min 900 dollara, "SU7 Pro" 34 min dollara, "SU7 Max" isə 41 min 500 dollara satışa çıxarılıb.

Bildirilib ki, şirkət cəmi 27 dəqiqə ərzində 50 min ədəd avtomobil satmağı bacarıb. Üstəlik, "Xiaomi SU7" üçün sifarişlər artıq 100 mini keçib. "Xiaomi"nin ilk elektrikli avtomobilini təqdim etdikdən sonra cəmi 32 gün ərzində 10 min "SU7" istehsal edərək çox ciddi uğura nail olub. 

O da diqqətə çatdırılıb ki, artıq 5 min 781 ədəd elektromobil müştərilərə çatdırılıb. Bundan əlavə, şirkətin 75 min 700-dən çox tam ödənişli sifarişi var. Şirkət qarşıdakı 10 il ərzində isə elektrikli avtomobil istehsalına 10 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

Pərviz

0