"General Motors" "Tesla"nın keçmiş işçilərini istəyir

AVTO
10:14 / 10.05.2024
443

Xəbər verdiyimiz kimi, nəhəng elektromobil şirkəti "Tesla" keçən ay kütləvi ixtisara getmişdi.

Hit.az bildirir ki, işdən çıxarılanlar arasında yüksək vəzifəli şəxslərin də olması diqqət çəkmişdi. 

Bundan başqa, ixtisar olunanlar arasında stajı ləğv olunan tələbələr də var idi. Lakin bu məqamda "General Motors"dan sürpriz bir həmlə gəlib. Belə ki, şirkət "Tesla"nın işdən çıxardığı proqram təminatçısı olan tələbələrlə maraqlanır. 

"General Motors" onları işə götürmək istədiklərini açıqlayıb:

"Biz həmişə yeni istedadlar axtarırıq. Xüsusən də mühəndislik, proqram təminatının inkişafı və elektrikləşdirmə kimi sahələrdə təcrübə proqramlarımıza müraciət edənləri məmuniyyətlə qarşılayırıq. Unutmayın ki, "General Motors" karyeraya başlamaq üçün əla yerdir".

Xatırladaq ki, "General Motors" daha əvvəl də "Tesla"nın keçmiş işçiləri ilə maraqlanıb. Hətta şirkət bir müddət əvvəl "Tesla"nın sabiq icraçı direktoru Kurt Keltini batareya texnologiyası üzrə vitse-prezident vəzifəsinə təyin edib.

Pərviz

0