İran-İsrail gərginliyi Qəzza müharibəsini bitirəcək?

DÜNYA
11:45 / 19.04.2024
226

"İranın İsrailə birbaşa raket zərbələri endirməsi iki ölkə tarixində ilk belə addımdır". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

Lakin onun fikrincə, bu gərginlik İsraillə HƏMAS arasındakı müharibəyə təsir etməyəcək:

"Hesab edirəm ki, İranla İsrail arasındakı gərginlik İsrail-HƏMAS müharibəsinin bitməsinə və ya səngiməsinə gətirib çıxarmayacaq. 

Ümumiyyətlə, İranı birbaşa aktivləşdirən faktor Fələstin və ya Qəzza məsələsi deyil. Əslində, bu, bir daha İran üçün islam dövlətlərinin yaşadığı problemlər deyil, özünün geosiyasi maraqları önəmlidir". 

Ekspert xatırladıb ki, İran Fələstinlə bağlı məsələlərə və ya Qəzzada müharibə getməsinə görə İsrailə zərbə endirməmişdi:

"Amma Suriyadakı konsulluğuna zərər dəyəndən sonra belə bir addım atdı. Çünki Tehran hakimiyyətinin əsas məqsədi daxili auditoriyanın qisas çağırışları və beynəlxalq ictimaiyyətin İranla lağ etməsinin qarşısını almaq idi. Ona görə ki, İran hər dəfə qisas alacağına dair videolar yayımlayır və bəyanatlar səsləndirirdi, ancaq onu etmirdi. Bu isə prestij itkisinə səbəb olurdu". 

348183

Turan Rzayevin sözlərinə görə, bütün bunları nəzərə alan İran kiçik çaplı bir şou yaratdı:

"Bununla da qisas aldığını göstərdi. Amma bunun ümumi mənada Qəzzadakı müharibəyə təsir edəcəyini düşünmürəm. İran onsuz da proksi qüvvələr hesabına İsrailə zərbələr endirirdi. Əksinə, indi özünün birbaşa İsrailə zərbə endirməsini proksi qüvvələrini həvəsləndirmək üçün istifadə edərək onların addımlarını daha da intensivləşdirə bilər. 

Yəni İran rejimi "Hizbullah"ın, husilərin və HƏMAS-ın hücumlarını artıra bilər. Nəticədə etibarlı ilə bu, İsraillə HƏMAS arasındakı müharibəni bitirəcək deyil, daha da aktivləşdirəcək bir addımdır".

Pərviz

0