Bölgələrdə həkim çatızmazlığı

SAĞLAMLIQ
15:46 / 30.04.2024
337

“Bölgələrdə ciddi həkim çatışmazlığı yaşanır. Bunun da müəyyən səbəbləri var. Xaricdə yaşayan həkimlərimiz geri qayıtmaq istəmir. Eyni zamanda, gənclərin də maddi təminatı olmadığından bölgələrə getməkdən imtina edirlər və daha çox  Almaniya, Türkiyə kimi ölkələrin klinikalarına üz tuturlar. Bu gün Tibb Universitetini bitirən gənclərin, demək olar ki, 70 faizi xaricə axın edir”. 

Bu sözləri Hit.az-a tibbi ekspert Pərvanə Mustafayeva deyib. 

Ekspert onu da əlavə edib ki, bu gün ölkədə ciddi şəkildə pediatr, travmatoloq, ümumi cərrah, oftalmoloq, cərrah ginekoloq, radioloq çatışmazlığı var. Bu ciddi bir problemdir. Bu sahədəki problemləri həll etmək üçün birinci növbədə ixtisasdəyişmə prosesini təkmilləşdirmək lazımdır. İkincisi, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir:

"Tutaq ki, gənc həkimlərə minimum 2 min manat maaşdan başlayaraq rayonlarda iş təklifi yaradılmalı və onlar evlə təmin edilməlidir. Üçüncüsü, yaş senzi 70-ə qaldırılmalıdır. Dördüncüsü, hər hansı bir ixtisas üzrə sertifikasiya almış həkimlərə boş qalan yerlərə vakansiyadan kənar yerləşdirmə təmin olunsun”.

Sevinc

0