Müttəfiqləri gütdikcə ABŞ-a inamını itirir

DÜNYA
16:08 / 24.04.2024
142

Birləşmiş Ştatlarla müttəfiq olan ölkələrin Ukraynaya yardımın verilməsində gecikmələrə görə Vaşinqtona etibar etməkdə getdikcə çətinləşir. 

HİT.az xəbər verir ki, bu barədə "Foreign Policy" adı açıqlanmayan rəsmilərə istinadən yazıb.

Jurnal ABŞ, Avropa və Şərqi Asiyadakı milli təhlükəsizlik rəsmilərinə istinad edərək bildirib ki, Ukraynaya yardımın ayrılması ilə bağlı “altı aylıq dastan” Vaşinqtonun beynəlxalq arenada müttəfiqləri qarşısında öhdəliklərini şübhə altına alır.

Beləliklə, Şərqi Avropa rəsmilərindən biri qeyd edib ki, ABŞ Konqresi və Senatında Ukraynaya dəstək ilə bağlı vəziyyət “son çətin səsvermə olmayacaq” və prezident seçkilərindən sonra müttəfiqlərin Vaşinqtona nə qədər arxalana biləcəyinə şübhələr var.

"Biz amerikalı müttəfiqlərimizə inanırıq və onları bütün gücümüzlə dəstəkləyirik, lakin hər il imanımızı qorumaq getdikcə çətinləşir", deyə mənbə vurğulayıb.

Samir

0