"Qarabağ"da iki müqavilə - FOTO

İDMAN
13:07 / 05.05.2024
473
"Qarabağ" iki futbolçusunun müqaviləsinin müddətini uzadıb.
 
HİT.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klub Nəriman Axundzadə ilə yeni müqavilə imzalayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.
 
 
"Qarabağ" Bəhlul Mustafazadə ilə də yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb.
 
Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər "Qarabağ"da forma geyinəcək.
 

0