Lukaşenko prezident seçkilərinə qatılmaq xalqın qarşısına şərt qoydu

DÜNYA
19:09 / 24.04.2024
158

Belarus prezidenti Aleksandr Lukaşenko xalqın qərar verəcəyi təqdirdə 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Dedim ki, əgər onlar (xalq-red.) semkiyə getməyimə qərar versələr, gedəcəm... Əgər insanlar qərar versələr ki, başqası olsun, tam səmimi deyirəm, mən buna razıyam. Mən uzun müddətdir ki, prezident kimi çalışıram", deyə Lukaşenko bildirib.

Siyasətçinin sözlərinə görə, o, seçilməsə, Belarusun ilk prezidenti olmaqla kifayətlənəcək.

Dünyadakı proseslərdən danışan Lukaşenko deyib ki, Estoniya, Litva və Latviya Sovet İttifaqının donanması, sənayesi və tranziti də daxil olmaqla fəxr etdiyi hər şeyi itirib və "indi aşağı düşür".

Belarus liderinin sözlərinə görə, SSRİ-dən müstəqilliyə can atan Baltikyanı ölkələr onun dağılmasından sonra güclənməyib və hazırda qlobal siyasi proseslərə ciddi təsir göstərmirlər:

"Biz bütün Sovet İttifaqının fəxr etdiyi hər şeyi itirdik: balıqçılıq donanması, sənaye, enerji təhlükəsizliyi, tranzit, turizm imkanları. İndi onlar aşağı sürüşürlər, hətta Brüsselin səxavətli iynələrinə baxmayaraq, Belarus və Rusiya ilə mübarizə çox baha başa gəlir".

Fevralın sonunda Lukaşenko 2025-ci il seçkilərində yenidən Belarus prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıb. O, bu vəzifəni 1994-cü ildən tutur və sonuncu dəfə yenidən seçilməsi bütün ölkədə kütləvi etirazlara səbəb olub.

2023-cü ilin noyabrında Belarus Mərkəzi Seçki Komissiyası dövlət başçısının seçkilərinin tarixini təyin edib. BELTA-nın məlumatına görə, səsvermə 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.

Samir

0