Namiq Aygünlə yeni duetindən danışdı: "Çox toxunan sözləri var" - VİDEO

MAQAZİN
12:36 / 04.05.2024
400

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb.

O bildirib ki, təsirli bu təsirli bir duet olacaq və sözləri hərkəsə toxunacaq:

“Artıq mahnımız aranjiman edilir. Düşünürəm ki, maraqlı bir iş ortaya çıxardacağıq. Sözləri mənim “Arzu tut” mahnımdakı sözləri yazan söz xiridarı Xəyyama məxsusdur. Sözlər bizi çox tutdu, ona görə də bu sözləri seçdik. Sözlərdə həsrət və intizar var. İnsanlara düşünürəm daha doğma gələr. Çox toxunan sözlər var. Bu mahnı toylarda oxuyub bəy-gəlinin oynaması üçün deyil.

Bu mahnı insanları düşünməsi və təsir etməsi üçündür. Bu mahnını dinləyicilər eşidib yaşaya biləcəklər. Biz aprel ayında bu mahnını çıxartmaq istəyirdik. Amma çatdıra bilmədik. İstəyirik ki, yaxşı bir iş olsun. Mahnıda çox toxunan sözlər var. Klipin olub-olmayacağı haqda heç bir şey deyə bilmərəm. Əsas mahnının hazır olmasıdır. Nəğmə mayın sonlarında hazırlanacağı gözlənilir. Bu duet ikimizin qərarı oldu”.

Ətraflı videoda:

 

1