FT: ABŞ qoşunlarının Nigerdən çıxarılması Rusiyanın qələbəsidir

DÜNYA
21:08 / 24.04.2024
148

"Vaşinqton və Niamey arasında razılaşmadan sonra Amerika qoşunlarının Nigerdən çıxarılması Rusiyanın növbəti qələbəsi oldu". 

HİT.az xəbər verir ki, bunu "Financial Times" qəzeti yazıb.

"ABŞ qoşunlarının çıxarılması hökumətlərin ənənəvi Qərb müttəfiqlərindən getdikcə daha çox çəkindiyi və digər tərəfdən Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlığı gücləndirdiyi Sahara Afrikanın yarı quraq zolağı olan Saheldə Moskvanın növbəti strateji qələbəsi idi", deyə nəşr qeyd edib.

"Rus qoşunları Niger ordusuna təlim keçə bilər". Bunu isə Nigerin daxili işlər naziri Məhəmməd Tumba bildirib.

Tumba təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrin 12-ci beynəlxalq toplantısında iştirak edərkən "Rusiyanın qoşunlarımızı öyrətməsini istərdik" deyə bildirib.

Toumba əlavə edib ki, rəsmi Niamey də Rusiya silahlarını almaqda maraqlıdır.

Samir

0