AK rəhbəri: "Rusiyanın Ukraynadakə qələbəsi dünyanın xəritəsini dəyişəcək"

DÜNYA
22:31 / 24.04.2024
147

Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi Avropada tarixin gedişatını dəyişəcək. 

HİT.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa Parlamentindəki çıxışı zamanı deyib.

Fon der Leyen bildirib ki, Vladimir Putinin Ukraynadakı qələbəsi nəinki dünyanın xəritəsini, həm də Avropa İttifaqının tarixinin gedişatını dəyişəcək.

"Bizim birliyimiz heç vaxt əvvəlki kimi ola bilməyəcək", deyə AK rəhbəri bildirib.

Daha əvvəl baş fon der Leyen Avropa Parlamentinə seçkilərdən əvvəl "Putinin dostları" olan və Avropa İttifaqını məhv etmək istəyən ifrat sağçı və solçu siyasi qüvvələri dəstəkləməmək barədə xəbərdarlıq edib. O, avropalıları seçkilərə gəlməyə və siyasi mərkəzi gücləndirməyə çağırıb, çünki Rusiya prezidenti bu il Qərbdə gözlənilən bütün qərarlara öz xeyrinə təsir etmək istəyir.

Həmçinin Avropa Komissiyasının rəhbəri Ukrayna münaqişəsi ilə bağlı neytrallıqdan imtina etməyə çağırıb və deyib ki, Aİ-nin ona verdiyi qiymətdə "boz sahələr" olmamalıdır.

Samir

0