Çin lideri Avropanın 3 ölkəsinə səfər edəcək

DÜNYA
12:04 / 29.04.2024
148

Çin prezidenti Si Szinpin mayın 5-dən 10-dək Avropaya gələcək.

HİT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

Çin lideri Fransa, Serbiya və Macarıstana səfər edəcək. 

"Fransa prezidenti Emmanuel Makron, Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Tamaş Szujok və baş nazir Viktor Orbanın dəvəti ilə Çin prezidenti Si Szinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək", deyə Hua Çuninq bildirib.

Samir

0