Stefan Kuntz Azərbaycan üçün doğru seçimdir? - "Uğur əldə etməsi..."

İDMAN
13:51 / 10.05.2024
568

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi axtarışları davam edir.

Son günlərdə isə sürpriz bir mütəxəssisin adı gündəmə gəlib. Belə ki, Türkiyə yığmasının sabiq baş məşqçisi Stefan Kuntzun adı millimizlə hallanır. Lakin onun qardaş ölkədə uğur qazana bilməməsi bu ehtimal olunan seçimin birmənalı qarşılanmamasına səbəb olub.

Ümumiyyətlə, Stefan Kuntz Azərbaycan yığması üçün doğru seçimdir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, Stefan Kuntz keyfiyyətli baş məşqçidir:

349877

"Kuntz Almaniya U-21 komandası ilə Avropa çempionu olmağı bacarıb. Üstəlik, Almaniya tarixində bu uğura nail olan ikinci mütəxəssisdir. Belə bir təcrübəsi olan baş məşqçi əlbəttə ki, keyfiyyətli hesab olunmalıdır. Amma Stefan Kuntz Türkiyə millisi ilə o qədər də uğurlu ola bilmədi. Düşünürəm ki, orada mentalitet baxımından problemlər yaşandı".

Ekspert hesab edir ki, Stefan Kuntz Azərbaycan üçün doğru seçim olmaz:

"Onun Azərbaycan yığmasının başına gətirilməsinə tərəddüdlə yanaşıram. Məncə, onun bizim milli komandamız ilə uğur əldə etməsi çətin olar. Ümumiyyətlə, bizim yığma üçün futbolçuları tanımaq, onları inandırmaq kimi özəlliklər daha vacibdir. Kuntzun bunun öhdəsindən gələcəyinə də bir az şübhə ilə baxıram".

Pərviz

0