Monteneqro bu tarixdə Aİ-yə üzv ola bilər

DÜNYA
21:01 / 29.04.2024
188

Almaniya kansleri Olaf Şolts ölkədə aparılan islahatların nəticələrinə əsasən Monteneqronun 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmasının mümkünlüyünü açıqlayıb. 

HİT.az xəbər verir ki, Almaniya knasleri bu barədə Monteneqronun baş naziri Milojko Spajiç ilə birgə mətbuat konfransında bildirib.

"Məni islahatların ) ambisiyası və sürəti heyran etdi. Mən bu iddialı planları real hesab edirəm və biz bunun üçün bütün lazımi dəstəyi verəcəyik", deyə o vurğulayıb.

Monteneqro 2012-ci ildə Aİ-yə üzvlük üçün danışıqlara başlayıb və Qərbi Balkanlar regionunda altı respublika arasında ən uğurlusu olub.

Bundan əvvəl Aİ-nin doqquz dövlətə genişlənməsinin mümkünlüyü məlum idi. Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Qoşulmağa namizəd ölkələr Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna və Moldovadır. Kosovo da namizəd statusu uğrunda mübarizə aparır.

Samir

 

0