"Toyota"nın satışları ARTDI

DÜNYA
09:44 / 30.04.2024
239

Yaponiyanın avtomobil istehsalçısı "Toyota"nın satışları yenidən artıb.

Hit.az xəbər verir ki, şirkətin Avropadakı avtomobilləri 2024-cü ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.

Belə ki, "Toyota" Avropada cari ilin yanvar-mart aylarında 319 min 737 ədəd avtomobil satıb. Onu da qeyd edək ki, bu satışların da 10 faizi elektromobil və hibrid avtomobillərdən ibarət olub. 

Ümumilikdə ekoloji cəhətdən təmiz avtomobillər ilin ilk üç ayında "Toyota"nın Avropadakı satışlarının 72 faizini təşkil edib. Yaponiya nəhəngi bu satışla 2023-cü ildəki satışlarında 8 faiz artıma nail olub.

Pərviz

0