"Tesla" kütləvi ixtisarlara davam edəcək: İki top menecer işdən çıxarılır

DÜNYA
16:01 / 30.04.2024
158

"Tesla" iki top menecer şirkətdən ayrıldıqdan sonra işçilərini ixtisar edəcək.

HİT.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir. 

"Supercharger" qrupunun baş direktoru Rebekka Tinuççi və yeni məhsulların rəhbəri Daniel Ho çərşənbə axşamından etibarən "Tesla"da işləməyəcək. 

"Baş direktor İlon Mask işçilərə e-poçt göndərərək, bu idarəçilərlə işləyən hər kəsi, o cümlədən "Supercharger" layihəsində çalışan 500 nəfəri işdən çıxaracağını deyib", deyə "Bloomberg" iddia edir.

Elektrik avtomobil istehsalçısının işçi qüvvəsinin 10%-ni ixtisar edəcəyi elan edildikdən iki həftə sonra "Tesla"da yeni ixtisarlar dalğası baş verir. Eyni zamanda, iki top-menecer istefalarını elan ediblər: güc aqreqatının rəhbəri Drev Baqlino və biznesin inkişafı şöbəsinin rəhbəri Rohan Patel.

Samir

0