NATO üzvlərindən Ukrayna üçün 100 milyard dollar istəyir

13:12 / 02.05.2024
140

NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinə beş il ərzində Ukraynaya 100 milyard dollarlıq hərbi yardım toplamaq təklifi göndərib. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da videomüraciətində bildirib.

"Çərşənbə axşamı biz NATO baş katibinin üzv ölkələrdən bu 100 milyard dolları necə toplamaq istədiyi barədə təklif aldıq. Bu o deməkdir ki, NATO müharibənin daha beş il davam edəcəyini gözləyir", deyə nazir bildirib.

Danışıqlar zamanı Macarıstan silah tədarükündən, Ukrayna hərbçilərinin təlimindən və hərbi əməliyyatlar üçün bu vəsaitin yığılmasından imtina etmək üçün mübarizə aparacaq. Aprelin 30-da Stoltenberq bildirib ki, Ukraynanın blok ölkələrinə inamı silah tədarükündə gecikmələrə görə sarsılıb.

Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanun imzalayıb. Sənəd Vaşinqtonun Kiyevi dəstəkləmək üçün təxminən 61 milyard dollar xərcləyəcəyini nəzərdə tutur.

Samir

0