Polşa Aİ-nin ABŞ-dan asılılığını azaltmaq üçün yol tapıb - "Ağır briqada"

DÜNYA
18:32 / 02.05.2024
207

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqının (Aİ) təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığını azaltmaq və siyasi ittifaqı qorumaq üçün çevik reaksiya verən "ağır briqada" yaratmağı düşünməyə çağırıb.

HİT.az xəbər verir ki, bu barədə "TVP World" yazıb.

Onun sözlərinə görə, bu, Aİ-nin sərhədlərində hər hansı təhlükə yaranacağı təqdirdə hər dəfə Vaşinqtona müraciət etməməsi üçün lazımdır. Nümunə olaraq o, Balkanlarda və ya Şimali Afrikada baş verən "kiçik hadisələri" göstərib.

Naizr yaxın üç il ərzində belə qüvvələrin istifadəyə verilə biləcəyini vurğulayıb.

Bundan əvvəl Sikorski bildirib ki, Avropa İttifaqı (Aİ) hücum zamanı regional birliyə üzv ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaratmaq niyyətindədir.

O, Avropada yeni hərbi strukturun yaradılması zərurətinin ABŞ və Çin arasındakı qarşıdurma ilə bağlı yarandığını izah edib. Hazırda Vaşinqton bu məsələyə çox diqqət yetirir, ona görə də region ölkələri hücum zamanı müttəfiqin köməyinə ümid bəsləməməlidir. "Bunun əvəzinə, Aİ müdafiə sektorunda yükün böyük hissəsini öz üzərinə götürməli olacaq", deyə polşalı nazir yekunlaşdırıb.

Samir

0