Norveç müdafiə büdcəsini 7 milyard artırır

17:00 / 02.05.2024
178

Bu il Norveç hökuməti krallığın müdafiə xərclərini 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) artıracaq və NATO-nun hərbi ehtiyaclar üçün ayrılmalı olan ölkənin ÜDM-nin 2%-i hədəfinə çatacaq. 

HİT.az xəbər verir ki, bu barədə krallığın hökumət başçısı Yonas Qahr Stör məlumat verib.

Beləliklə, Norveçin illik müdafiə büdcəsi 104 milyard krona (9,38 milyard dollar) çatacaq. Yaxın 12 ildə hərbi ehtiyaclar üçün daha 600 milyard kron (54,14 milyard dollar) ayrılması planlaşdırılır və 2036-cı ildə illik müdafiə büdcəsinin 166 milyard kron (demək olar ki, 15 milyard dollar) təşkil edəcəyi gözlənilir.

"2024-cü ilin ortalarından etibarən biz NATO-nun iki faizlik hədəfinə çatacağıq. Bu gün qoyduğumuz investisiyalar bizim etməli olduğumuz və edə biləcəyimiz investisiyalardır, bunu gecikdirmək olmaz", deyə baş nazir bildirib.

Störə görə, əlavə maliyyə krallığın müdafiə qabiliyyətini bütün sahələrdə gücləndirməlidir. Eyni zamanda, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə və ordu infrastrukturunun modernləşdirilməsinə, o cümlədən yeni kazarmaların tikintisinə diqqətin artırılması nəzərdə tutulur. 

Norveç Silahlı Qüvvələrinin gücləndirilməsi planı ölkənin şimalında və cənubunda iki yeni briqadanın formalaşdırılmasını, həmçinin 2036-cı ilə qədər çağırışçıların sayının ildə 9 min nəfərdən 13,6 min nəfərə çatdırılmasını nəzərdə tutur.

Samir

0