Hamburq limanı narkoticarətin əsas mərkəzinə çevirilir - Avropada 3-cü sıradadır

DÜNYA
20:20 / 06.05.2024
160

Cənubi Amerikadan gələn tonlarla kokain əsas limanlar vasitəsilə Avropaya daşınır, Hamburq limanı narkotikin Almaniyaya çatdırılmasında mərkəzi rol oynayır.

HİT.az "Bild"ə istinadən xəbər verir ki, əgər 2019-cu ildə rəsmi məlumatlara görə, orada 9,5 ton kokain aşkar edilibsə, 2023-cü ildə bu rəqəm 34 tona yaxın artıb. Bu, Hamburqu müvafiq olaraq 116 ton və 59 tonla Antverpen (Belçika) və Rotterdamdan (Hollandiya) sonra narkotik kartelləri üçün Avropada üçüncü ən vacib liman edir.

Eyni zamanda, məmurlar açıqlanmayan bir qaydaya riayət edirlər, ona görə aşkarlanan hər kiloqram kokainə görə, təxminən doqquz kiloqram narkotik Avropanın qara bazarına çıxır.

Hamburq hakimiyyəti qorxur ki, Rotterdam limanında sərt nəzarətin tətbiqi kokain tədarükçülərini Hamburq limanından daha böyük miqdarda narkotik daşımağa məcbur edəcək.

2021-ci ilin fevral ayında Avropada hüquq-mühafizə orqanlarının indiyə qədər rastlaşdığı ən böyük kokain yükü Hamburq limanında ələ keçirilib. Sonra gömrükçülər dərhal Paraqvaydan gələn yük gəmisində yük konteynerlərində gizlədilmiş 16 ton ağ toz aşkar ediblər.

"Avropa artıq dünyanın ən böyük kokain bazarı kimi ABŞ-ı geridə qoyub və sürətlə narkotik ticarəti üçün qlobal mərkəzə çevrilir. Bu, çox narahatedici hadisədir, biz hər şeyi tərsinə çevirmək üçün daha çox səy göstərməliyik", deyə Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas bu vəziyyəti şərh edib.

Samir

0