Bu Aİ ölkəsi avroya keçməyə hazır deyil

DÜNYA
21:38 / 07.05.2024
204

Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil. 

HİT.az xəbər verir ki, bu açıqlama ilə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Anjey Domanski çıxış edib. 

"Söhbət iqtisadiyyatdan gedirsə, o zaman nə pessimist, nə də həvəskar olmağa ehtiyac yoxdur. Realist olmalısınız. Mən realistəm. Fikrimcə, faktlar aydındır:  Polşa iqtisadiyyatı hazırda avronu qəbul etməyə hazır deyil", deyə nazir bildirib.

"Bir iqtisadçı kimi açıq şəkildə deməliyəm ki, iqtisadiyyat avronun tətbiqinə hazır deyil", deyə o əlavə edib.

Aprelin əvvəlində maliyyə naziri demişdi ki, Polşa iqtisadiyyatı öz valyutasına malik olmaqdan dəfələrlə faydalanıb, çünki böhran dövründə ölkənin milli valyutası iqtisadi artımı dəstəkləyir.

2004-cü ildə Polşa ilə birlikdə Avropa İttifaqına üzv olan on ölkədən yalnız üçü hələ də avroya keçməyib - Polşanın özü, həmçinin Macarıstan və Çexiya.

Keçən il Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovacs ölkəsinin 2024-cü ilin sonuna qədər potensial olaraq avro zonasına qoşulmağa hazır olacağını bildirmişdi.

Samir

0