Niderland NATO-nun Baltikyanı ölkələr üzərində hava məkanının təhlükəsizliyini təmin etmək üçün Estoniyaya F-35 qırıcıları göndərmək niyyətindədir.
Hit.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren sosial şəbəkəsində yazıb.
"NATO-nun Baltikyanı ölkələr üzərində hava məkanının təhlükəsizliyini təmin etmək üçün Niderland Estoniyaya F-35-lər göndərir", deyə mesajda qeyd edilir.
O, həmçinin qeyd edib ki, Kral Hərbi Hava Qüvvələri 2024-cü ilin dekabrından 2025-ci ilin martına qədər patrul xidməti həyata keçirəcək.
"Bu yolla Niderland həm quruda, həm də havada NATO-nun şərq cinahının təhlükəsizliyinə töhfə verir", deyə Ollonqren vurğulayıb.
Qeyd edək ki, Niderland 2026-cı ilin sonuna qədər NATO-nun birləşmiş irəli bazalı batalyonunun tərkibində Litvada hərbi mövcudluğunu qoruyacaq.
Samir