NATO-dan Ukrayna ilə bağlı gözlənilən qərar

DÜNYA
11:04 / 08.05.2024
204

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitində Ukraynadakı münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannamə təsdiqlənə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Corriere della Sera" sənəd layihəsinə istinadən yazıb.

Məqalədə deyilir ki, NATO döyüşə əsgər göndərməyəcək. Nəşr onu da əlavə edib ki, sammitdə Ukraynanın müdafiəsi üzrə təmas qrupuna sədrliyin ABŞ-ın müdafiə naziri Lloyd Ostindən NATO-nun Brüsseldəki mənzil-qərargahına verilməsi planlaşdırılır. Məqalə müəllifi vurğulayır ki, Vaşinqton tərəfindən yayımlanan Ukrayna ilə bağlı strategiya dəyişməyəcək, lakin Qərb liderləri kursu dəyişməyə hazırlaşırlar.

"Söhbət Ukraynadan gedir: Şimali Atlantika Alyansı əsgərləri döyüşə göndərməyəcək", deyə materialda qeyd edilir.

Həmçinin qeyd olunub ki, Şimali Atlantika Alyansı şərq cinahını gücləndirməkdə davam edir. Bolqarıstan və Baltik dənizi arasında 300 min nəfərlik ehtiyat hissələrin yerləşdirilməsi üçün daha bir neçə həftə tələb olunacaq.

Mayın 7-də britaniyalı ekspert Aleksandr Merkuris bildirib ki, Moskva NATO qoşunlarının Ukraynaya yeridilməsinin Rusiya ilə silahlı münaqişəyə səbəb olacağını açıq şəkildə bəyan edib.

Bundan əvvəl beynəlxalq məsələlər üzrə ekspert Qallager Fenvik bildirmişdi ki, Rusiyanın nüvə təlimlərinə başladığını elan etməsi Ukraynaya silah göndərən NATO ölkələrinə xəbərdarlıqdır.

Mayın 6-da Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.

Samir

0